İdman
Futbolçunu aparan təyyarənin qəzaya uğramasının TƏFƏRRÜATI
Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın olduğu təyyarənin qəzaya uğramasının təfərrüatları məlum olub.
“Report” xəbər verir ki, Britaniyanın Aviasiya Hadisələrinin Araşdırılması Şöbəsinin (AAIB) məlumatına görə, qəzaya uğramamışdan bir neçə dəqiqə əvvəl təyyarə 180 dərəcə sərt dönüş edib və sonra 20 saniyə ərzində təqribən 300 metr aşağı enib.
Bütün bu müddətdə pilot Devid Aybbotson kömək üçün siqnal göndərib.
AAIB qeyd edib ki, təyyarənin tapılmış qalıqları onun qəzaya uğramamışdan əvvəl birdən sürət yığdığını və dik vəziyyətdə yerə düşdüyünü göstərir. Pilotun sonadək təyyarəyə nəzarəti əldə saxladığı və onu suya salacağına ümid etdiyi vurğulanır. Qəzanın səbəbi indiyədək də aydınlaşdırılır.
Qeyd edək ki, Emiliano Salanın olduğu təyyarə yanvarın 22-də qəzaya uğrayıb. Futbolçu uçuşdan əvvəl dostuna göndərdiyi mesajda təyyarənin yolda qəzaya düşəcəyindən qorxduğunu yazıb.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək