Gelzenkirxendə möhtəşəm geridönüş: Siti hədəfinə doğru... - VİDEO (R)
Bizi izləyin

İdman

Gelzenkirxendə möhtəşəm geridönüş: Siti hədəfinə doğru... - VİDEO (R)

Bu həftə futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

İngiltərənin Mançester şəhərinin eyni adlı təmsilçisi "Mançester Siti" komandası Almaniyada möhtəşəm geridönüşü ilə yadda qalıb. Belə ki, "Şalke" (Gelzenkirxen) ilə matça sürətli hücumlarla başlayan "Mançester Siti" rəqibini qapısı ağzına sıxışdırmağı bacarıb. Ardıcıl hücumların nəticəsi olaraq görüşün 18-ci dəqiqəsində Aquera David Silvanın ötürməsi ilə hesabı açıb. Bundan sonra meydan sahibləri təşəbbüsü ələ almağa başlayıb. İlkin hissənin 38 və 45-ci dəqiqəsində Bentaleb penalti zərbələri ilə komandasını hesabda irəli çıxarıb.

İkinci hissəyə də hücumlarla başlayan "Mançester Siti" matçın 68-ci dəqiqəsində əks-hücumda yaxalanıb. İngiltərə təmsilçisinin müdafiəçisi Otamendi rəqibin hücumunun qarşısını alarkən kobudluğa yol verib və ikinci sarı vərəqə ilə qırmızı kartı qarşısında görüb. 10 nəfərlə oynamasına baxmayaraq "Mançester Siti" yüksək əzmkarlığın nəticəsi olaraq əsas vaxtın bitməsinə 5 dəqiqə qalmış Sanenin möhtəşəm cərimə zərbəsi ilə hesabı bərabərləşdirib. Bununla da kifayətlənməyən şəhər təmsilçisi Sterlinqin son dəqiqə qolu ilə çətin səfərdən qələbə ilə ayrılmağı bacarıb. Bu qələbə ilə böyük ölçüdə növbəti mərhələnin qapısını aralayan "Mançester Siti" növbəti ayın 12-də "Şalke"ni bu dəfə öz meydanında qəbul edəcək. "Mançester Siti" cavab qarşılaşmasında da təşəbbüsü əldən verməsə, hədəfinə daha bir addım yaxınlaşmış olacaq.

Qeyd edək ki, 5 dəfə İngiltərə Premyer Liqasının qalibi, eyni sayda FA Kap turnirinin çempionu, 1 dəfə isə vaxtilə UEFA Kuboklar Kuboku adlanan turnirin qalibi "Mançester Siti" 2011-2012-ci il mövsümündən ardıcıl olaraq Çempionlar Liqasında iştirak edir. Hələlik sözügedən turnirin qalibi olmayan Mançester təmsilçisi bu il turnirin favoritlərindən biri hesab edilir.

"Etihad", "Nike, "Nissan", "E Games", QNET kimi dünyaca məşhur şirkətlərin sponsorluq etdiyi "Mançester Siti" dünyada milyonlarla fanatın azarkeşliyi altında turnirin qalibi olmağa əsas namizədlərdən biridir. Fanatlar Pep Qvardiolanın baş məşqçiliyi altında "Mançester Siti"nin bu sezon ən azından turnirin finalına qədər yüksələcəyinə inanırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm