"Qalatasaray" azarkeşlərin əsəbləri ilə oynadı - VİDEO
Bizi izləyin

İdman

"Qalatasaray" azarkeşlərin əsəbləri ilə oynadı - VİDEO

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Trabzonspor” 1-ci liqa təmsilçisi “Ümraniyəspor”la qarşılaşıb. Super Liqa klubu bu oyunda məğlub olaraq mübarizəni dayandırıb. “Ümraniyəspor” isə ilk yarımfinalçı olub.

İkinci oyun günündə baş tutan hər iki oyun gərgin mübarizə ilə yadda qalıb. İlk oyunda 2 cavabsız qolla qalib gələn “Qalatasaray” aşağı liqa təmsilçisi “Hatayspor”la səfər matçında da rəqib qapısından 2 top keçirib. Lakin ikinci hissədə meydan sahibləri buraxdıqları bütün topların əvəzini çıxmağa nail olublar. İstanbul təmsilçisi yalnız səfərdə vurulan qollar sayəsində növbəti mərhələyə adlayan tərəf olub. “Göztəpə” isə səfərdə minimal hesabla uduzduğu “Yeni Malatyaspor”a eyni hesabla qalib gəlib. Əlavə vaxtda qalib müəyyənləşmədiyindən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Yeni Malatyaspor” yarımfinala çıxıb.

Türkiyə Kuboku, 1/4 final

26 fevral

Ümraniyəspor – Trabzonspor 3:1 (ilk oyun 0:0)

27 fevral

Hatayspor – Qalatasaray 4:2 (0:2)

Göztəpə – Yeni Malatyaspor 1:0, penaltilər 3:5 (0:1)

28 fevral

21:00. Kasımpaşa – Akhisarspor (1:3)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm