• USD 1,7000 0,00% EUR 1,9371 +0,43%
    • GBP 2,1373 +0,13% RUB 0,0240 0,00%

“Barselona” futbolçusuna 500 milyon avro QİYMƏT QOYDU - FOTO

  • İdman
  • 28 Fevral 2019 23:32
  • 807 Baxış
“Barselona” futbolçusuna 500 milyon avro QİYMƏT QOYDU - FOTO

“Barselona”nın aparıcı futbolçularından hesab olunan Xordi Alba ilə müqavilənin müddətini uzadılıb.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı cinah müdafiəçisi ilə 5 illik yeni müqavilə barədə razılıq əldə edib.

İspaniya millisinin də şərəfini qoruyan oyunçu 2024-cü ilin iyul ayına kimi “Barselona”da çıxış edəcək. İspaniya nəhəngi Albanın müqaviləsinə 500 milyon avro təzminat maddəsi də əlavə edib. Belə ki, müqavilə bitənə qədər hansısa klub onu heyətində görmək istəsə, məhz bu məbləği ödəməklə transfer edə bilər.

Qeyd edək ki, Alba 2012-ci ildən “Barselona”da çıxış edir. O, komandanın heyətində 4 dəfə İspaniya La Liqasının, eyni sayda ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR