"Qarabağ"dan çətin səfər qələbəsi
Bizi izləyin

İdman

"Qarabağ"dan çətin səfər qələbəsi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Publika.az xəbər verir ki, həftənin axırıncı matçında Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə" çempion titulunun sahibi "Qarabağ"ı qəbul edib.

Matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 16-cı dəqiqədə Araz Abdullayev vurub.

Bu nəticədən sonra "Qarabağ" 41 xalla "Neftçi" ilə liderliyi bölüşür. Son iki pillədə qərarlaşan "Keşlə" və "Sumqayıt"ın 16 xalı var.

İlk oyun günündə "Neftçi" evdə "Sabah"ı üç cavabsız qolla məğlub etdiyi halda, "Səbail" - "Sumqayıt" duelində qalib müəyyənləşməyib - 0:0. Bu gün keçirilən "Zirə" və "Qəbələ" komandalarının görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm