AFFA-nın növbəti hesabat konfransı keçirilir - FOTO
Bizi izləyin

İdman

AFFA-nın növbəti hesabat konfransı keçirilir - FOTO

AFFA İcraiyyə Komitəsinin XXVI hesabat konfransı keçirilir.

Publika.az xəbər verir ki, konfransda İcraiyyə Komitəsinin üzvləri, Gənclər və idman naziri, media nümayəndələri, futbol ictimaiyyətinin tanınmış simaları istirak edir.

Tədbirdə açılış nitqi ilə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev bu ilin Azərbaycan futbolu üçün uğurlu il olduğunu deyib:

“Qarabağ Avropa liqasının qrup mərhələsinə düşdü. UEFA Avropa liqasının final oyununa hazırlıq uğurla davam edir. Bundan basqa, milli komandanın baş məşqçisi postunda dəyişiklik oldu. İdmana və bütövlükdə futbola qayğısına görə Prezident İham Əliyevə xüsusi təşəkkürümüzü çatdırırıq”.

Konfransda iştirak edən xüsusi qonaq Gənclər və idman naziri Azad Rəhimov ölkədə futbolun və ümumilikdə idmanın inkişafından danışıb:

“Azərbaycanda idmana və idmançılara böyük qayğı göstərilməsi dövlət siyasətinin bir parçasıdır. Bakıda və respublikamızın müxtəlif bölgələrində nüfuzlu idman turnirləri təşkil edilir. Təsadüfi deyil ki, Bu il Avropa Liqasının final oyununa ev sahibliyini Bakı Olimpiya stadionu edəcək. 2020-ci ildə bu nüfuzlu turnirin 4 oyunu BOS-da keçiriləcək. Bu xüsusda AFFA-nın da əməyini özəlliklə qeyd etmək lazımdır. AFFA uşaq futboluna, cəbhəyanı ərazilərdə futbolun inkişafına diqqət ayırır. Ümidvaram ki, Avroliqanın finalı uğurla təşkil olunacaq və özünəməxsus yer tutacaq”.

Sonda nazir konfransın işinə uğurlar arzulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm