Elxan Məmmədov: "Ölkədə uşaq futbolu lazımi səviyyədədir" - FOTO
Bizi izləyin

İdman

Elxan Məmmədov: "Ölkədə uşaq futbolu lazımi səviyyədədir" - FOTO

“2018-ci ildə əsas prioritetlərimizdən biri yaratdığımız liqaların fəaliyyətini stabil saxlamaqdır”.

Publika.az xəbər verir ki, bunu AFFA-nin baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, ölkədə uşaq futbolu lazımi səviyyədədir:

“Tez-tez deyirlər ki, Azərbaycanda uşaq futbolu yoxdur. Bu sözü deyənlər futboldan uzaq, çempionatlardan kənar insanlardır. Onların diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanda hər həftə uşaq futbolu çərçivəsində 245 oyun təşkil edilir. Bu oyunların 74%-i AFFA tərəfindən maliyyələşir. Bu, bizim sosial məsuliyyətimizdir”.

Baş katib digər şikayətlərə də aydınlıq gətirib:

“Digər şikayətlərdən biri liqada 8 komandanın olmasıdır. AFFA-nın hər toplantısında bu barədə müzakirələr gedir. Biz də istəyirik ki, liqada 8 yox, 10 komanda olsun. Lakin bunun üçün müvafiq güclü, maliyyə şəffaflığı olan klublar olmalıdır. Bu gün liqada bir klubun iştirak etməsi üçün 2 milyon manat lazımdır. Bu, UEFA-nın qaydasıdır. Bu məbləğin 25%-ni biz zəmanət məktublarına yatırırıq. Bununla biz Azərbaycan çempionatını sığortalayırıq. Biz istərdik ki, klublarımız da AFFA kimi şəffaf işləsin, maliyyə hesabatlarını açıqlasınlar”.

Zümrüd

Foto: Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm