Avropa Liqasının final günü Bakıda nəqliyyat pulsuz olacaq
Bizi izləyin

İdman

Avropa Liqasının final günü Bakıda nəqliyyat pulsuz olacaq

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu günü nəqliyyat pulsuz olacaq.

Publika.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov AFFA-nın XXVI Hesabat Konfransında açıqlayıb. Baş katib bildirib ki, bilet sahibləri və akkreditasiyası olan şəxslər nəqliyyatdan pulsuz istifadə edə biləcəklər: “Üç gündən sonra UEFA onlayn bilet satışına başlanılacaq. Çalışın, bileti tez alın. Dekabrda UEFA-nın VİP biletləri satışa çıxdı. 1500 bilet elə həmin ay satıldı. Azərbaycan daxilindən cəmi 19 bilet alındı. Gözləntimiz hava limanı vasitəsilə 20 min azarkeşin Bakıya gəlişidir. Oyun saat 23:00-da başlanacaq. Akkreditasiya və bilet sahibləri üçün oyun günü nəqliyyat ödənişsiz olacaq. Bu, böyük addımdır və dövlətimizə minnətdarıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm