Mahir Mədətov legioner olacaq: "Şalke" və "Ştutqart"... - - FOTO
Bizi izləyin

İdman

Mahir Mədətov legioner olacaq: "Şalke" və "Ştutqart"... - - FOTO

Millimizin və "Qarabağ"ın hücumçusu Mahir Mədətovla Yunanıstan çempionu AEK klubu maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "Sport Time" nəşri informasiya yayıb.

Xəbərə görə, Super Liqa təmsilçisi 22 yaşlı futbolçu üçün "Qarabağ"la danışıqlar aparıb. Proses qış fasiləsinin sonlarında baş tutub.

Danışıqlar prosesində müsbət nəticələr əldə olunub. Amma Afina təmsilçisi transferi yayadək təxirə salıb. Lakin Mədətov yenə də AEK-in maraq dairəsindədir və gənc futbolçu yayda Super Liqaya üz tuta bilər.

Qeyd edək ki, Mahir Mədətov ötən il Publika.az-a müsahibəsində Bundesliqada çıxış edən “Şalke” və “Ştutqart” komandalarının onunla maraqlandığını bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm