Avropanın ən gəlirli stadionları - SİYAHI
Bizi izləyin

İdman

Avropanın ən gəlirli stadionları - SİYAHI

İngiltərənin “Deloitte” şirkəti 2017/18 mövsümündə Avropanın ən çox gəlir əldə edən stadionlarının siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, “Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionu ötən mövsümdə 144,8 milyon avro gəlirlə siyahıya başçılıq edib.

İkinci pillədə isə “Santyaqo Bernabeu”dur. İspaniyanın “Real” klubunun ev oyunlarını keçirdiyi stadion, 2017/18 mövsümündə 143,4 milyon avro gəlir əldə edib.

“Mançester Yunayted”in stadionu olan “Old Trafford” isə 119,5 milyo avro gəlirlə 3-cü pillədə yer tutub.

Kamp Nou (“Barselona”, İspaniya) – 144,8 milyon avro

Santyaqo Bernabeu (“Real”, İspaniya) – 143,4 milyon

Old Trafford (“Mançester Yunayted”, İngiltərə) – 119,5 milyon

Emireyts (“Arsenal”, İngiltərə) – 111,6 milyon

Alyans Arena (“Bavariya”, Almaniya) – 103,8 milyon

Park de Prens (PSJ, Fransa) – 100,6 milyon

Enfild Roud (“Liverpul”, İngiltərə) – 91 milyon

Uembli (“Tottenhem”, İngiltərə) – 85,2 milyon

Stemford Bric (“Çelsi”, İngiltərə) – 83,4 milyon

Etihad (“Mançester Siti”, İngiltərə) – 63,9 milyon

Oxumağa davam et
Reklam
Reklam

Gündəm