İstanbul derbisində “Başakşəhər” güldü - VİDEO
Bizi izləyin

İdman

İstanbul derbisində “Başakşəhər” güldü - VİDEO

Türkiyə Superliqasının XXV turunda İstanbul derbisi baş tutub. Lider “Başakşəhər” doğma meydanda “Fənərbağça”nı qəbul edib.

Publika.az xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüşün 19-cu dəqiqəsində “Başakşəhər”in braziliyalı hücumçusu Robinyo hesabı açıb. Birinci hissə elə bu hesabla bitib.

Lakin qonaqların cavab qolu çox da gecikməyib. Roberto Soldado 73-cü dəqiqədə hesabı bərabərləşdirib. Meydan sahibləri isə 83-cü dəqiqədə Stefano Nappolioninin qolu ilə qələbə qazanıblar. Beləliklə, “Fənərbağça” səfərdə “Başakşəhər”ə 1:2 hesabı ilə məğlub olub.

Bu qələbədən sonra “Başakşəhər” turnir cədvəlində 57 xalla lider mövqeyini möhkəmlədib. “Fənərbağça” isə 28 xalla 14-cü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm