Qazzayev Emildən razı qalıb: "Gənc olsa da, çox inamlıdır"
Bizi izləyin

İdman

Qazzayev Emildən razı qalıb: "Gənc olsa da, çox inamlıdır"

“Emilin oyununu çox yüksək dəyərləndirirəm. Qapıçı üçün kifayət qədər gənc sayılacaq bir yaşda olsa da, inamlı və keyfiyyətli çıxış edir”. Bu sözləri “Tobol”un baş məşqçisi Vladimir Qazzayev deyib.

Qazaxıstan Premyer Liqasının ilk turunda “İrtış”la qarşılaşan “Tobol” mövsümə böyükhesablı qələbə ilə başlayıb.

3:0 hesablı qalibiyyətdən sonra mətbuat konfransında sualları cavablandıran Qazzayev milli komandamızın üzvü Emil Balayevlə bağlı sualı da cavablandırıb: “Balayevin çox yaxşı məktəb keçdiyi hiss olunur. Bu gün də olduqca inamlı dayandı. Komandamızda faktiki iki əsas qapıçı var. Sultan Busurmanov da yaxşı vəziyyətdədi, yaxın gələcəkdə legioner limiti ilə bağlı müəyyən dəyişikliklər edə bilərik. Busurmanov hazırlıq müddətini əla keçirdi. Qazaxıstan futbolu üçün yaxşı gələcəyi olacağına əminəm. Bu gün daha yaxşı vəziyyətdə olan Emilə start heyətində yer verdim. Özləri ilə söhbətdə də demişəm ki, hər ikisinə əsas qapıçı kimi baxıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm