DÇ: Qrossmeysterlərimiz dünya çempionu ilə qarşılaşacaq
Bizi izləyin

İdman

DÇ: Qrossmeysterlərimiz dünya çempionu ilə qarşılaşacaq

Bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında VI tur start götürəcək.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin rəqibi Rusiya yığması olacaq.

Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, Rusiyanı isə Sergey Karyakin, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Dmitri Andreykin və Vladislav Artemyov təmsil edir.

Azərbaycan-Rusiya matçından başqa, bu gün İran - İngiltərə, Hindistan - Qazaxıstan, İsveç - ABŞ və Misir - Çin görüşləri də keçiriləcək.

Qeyd edək ki, 5 turdan sonra Rusiya 9 xalla liderdir. Hindistan və İngiltərə hərəyə 7 xalla 2-3-cü yerləri bölüşür. 6 xala malik ABŞ 4-cü pillədə qərarlaşıb. Hərəyə 5 xalı olan Çin və İran 5-6-cı, 4 xal toplayan Qazaxıstan və İsveç 7-8-ci mövqelərdədir. Azərbaycan 3 xalla 9-cudursa, xalı olmayan Misir sonuncudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm