Azərbaycan İranla heç-heçə etdi - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Azərbaycan İranla heç-heçə etdi - (YENİLƏNDİ)

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı komandalararası dünya çempionatında VIII turun oyununu keçirib.

"Report" xəbər verir ki, rəqib İran yığması olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Komandanın heyətində Qədir Hüseynov və Nicat Abbasov görüşlərini heç-heçə ilə başa vurub.

Rauf Məmmədov rəqibini məğlub edib, Arkadi Naydiç isə uduzub.

Dünya çempionatı, VIII tur

İran - Azərbaycan - 2:2

Parham Maqsudlu - Arkadi Naydiç - 1:0

Puya İdani - Rauf Məmmədov - 0:1

Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5

Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan komandası 6-cı, İran isə 8-ci xalını qazanıb. Dünya çempionatına sabah yekun vurulacaq.

***

Qazaxıstanın paytaxtı Astanadakı Komandalararası Dünya Çempionatında bu gün VIII turun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən kişilərdən ibarət milli komanda İran təmsilçiləri ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Bundan başqa, eyni vaxtda İsveç - Rusiya, Hindistan - ABŞ, Misir - Qazaxıstan və Çin - İngiltərə qarşılaşmaları da start götürəcək.

Qeyd edək ki, mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.

Hazırda turnir cədvəlinə 12 xalla Rusiya başçılıq edir. İngiltərə 11 xalla 2-ci, Hindistan 10 xalla 3-cü yerdə qərarlaşıb. ABŞ və Çin hərəyə 8 xalla 4-5-ci yerləri bölüşür. İran 7 xalla 6-cı, Azərbaycan 5 xalla 7-cidir. Qazaxıstan və İsveç hərəyə 4 xalla 8-9-cu yerləri bölüşürlər. 1 xala malik Misir isə sonuncudur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm