"Çelsi" yenidən Bakıya gələcək? - Avroliqada kritik gün
Bizi izləyin

İdman

"Çelsi" yenidən Bakıya gələcək? - Avroliqada kritik gün

Bu gün UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin, həmçinin final qarşılaşmasının püşkü atılacaq.

Publika.az xəbər verir ki, püşkatma ənənəvi qaydada UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu mərhələdə komandalar eyni səbətdən rəqiblərini tanıyacaqlar. Yəni “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bu da o deməkdir ki, eyni ölkəni təmsil edən komandalar da bir-birinə rəqib ola biləcək.

Püşkatma zamanı adları ilk çıxacaq komandalar ilk oyunu evdə keçirəcəklər.

Püşkatmaya qatılacaq komandalar:

“Arsenal” (İngiltərə)

“Ayntraxt” (Almaniya)

“Benfika” (Portuqaliya)

“Valensiya” (İspaniya)

“Çelsi” (İngiltərə)

“Napoli” (İtaliya)

“Vilyarreal” (İspaniya)

“Slaviya” (Çexiya)

Matçların təqvimi isə belədir:

11-18 aprel - 1/4 final

2-9 may – yarımfinal

29 may final

Qeyd edək ki, final görüşü Bakı üçün də maraqla gözlənilən qarşılaşma olacaq. Çünki finala Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm