Yığmamız elit-raundda mübarizəyə başlayır
Bizi izləyin

İdman

Yığmamız elit-raundda mübarizəyə başlayır

19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayır.

Publika.az Qol.az-a istinadən xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirəcək. Birinci qrupda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparacaq. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.

AÇ-2019-un seçmə mərhələsi, I qrup

20 mart

18:00. Rusiya - Azərbaycan
Hakimlər: Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm