Millimiz elit-raund mərhələsinə xal itkisi ilə başladı
Bizi izləyin

İdman

Millimiz elit-raund mərhələsinə xal itkisi ilə başladı

19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayıb.

Publika.az Qol.az-a istinadən xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirib. Birinci qrupda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib və qolsuz bərabərə qalıb.

Qeyd edək ki, millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparır. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.


AÇ-2019-un seçmə mərhələsi, I qrup

20 mart

18:00. Rusiya - Azərbaycan - 0:0
Hakimlər: Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm