UEFA Ronaldonu 20 min avro məbləğində cərimələdi
Bizi izləyin

İdman

UEFA Ronaldonu 20 min avro məbləğində cərimələdi

Avropa Futbol Federasiyaları Birliyi UEFA "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu cərimələmək qərarına gəlib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Atletiko Madrid"ə qarşı keçirdiyi oyunda qeyri-etik hərəkətinə görə 20 min avro məbləğində cərimə olunub.

Xatırladaq ki, martın 12-də keçirilən oyun zamanı 34 yaşlı hücumçu "Atletiko"nun baş məşqçisi Diyeqo Simeonenin ədəbsiz hərəkətini təkrarlayıb.

Qeyd edək ki, hər iki oyunun nəticəsinə görə, "Yuventus" 3:2 hesablı üstünlüyü ilə turnirin növbəti mərhələsinə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm