Topaz Premyer Liqasının 22-ci turunun hakim təyinatları açıqlandı
Bizi izləyin

İdman

Topaz Premyer Liqasının 22-ci turunun hakim təyinatları açıqlandı

Martın 26-da futbol üzrə Topaz Premyer Liqasının 22-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqasından Publika.az-a bildirilib ki, martın 30-da turun açılış görüşü Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq. “Zirə” – “Səbail” oyununu Vüqar Həsənli idarə edəcək.

Həmin gün keçiriləcək "Keşlə” – “Neftçi” görüşünün əsas hakimi Əliyar Ağayev olacaq. Görüş "ASK Arena" stadionunda oynanılacaq.

Aprelin 1-də “Qəbələ” – “Sabah” görüşünün əsas hakimi Rauf Cabbarov olacaq. Həmin görüş Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Turun sonuncu görüşü “Kapital Bank Arena”da keçiriləcək. “Sumqayıt” – “Qarabağ” oyununda baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” – “Səbail” oyunu saat 16:00-da, "Keşlə” – “Neftçi” görüşü saat 18:30-də, “Qəbələ” – “Sabah” saat 14:00-da, “Sumqayıt” – “Qarabağ” qarşılaşması isə 18:30-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

İyirmi bir turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Aktivlərində 45 xalı olan “Neftçi” və “Qarabağ” turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Səbail” klubu 31 xalla üçüncü, 29 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Sabah” (22), “Zirə” (22), “Keşlə” (19) və “Sumqayıt” (17) yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm