Ermənistanın "Ararat" klubunda rasizm qalmaqalı
Bizi izləyin

İdman

Ermənistanın "Ararat" klubunda rasizm qalmaqalı

Ermənistanın «Ararat» futbol klubunun oyunçusu Mpumelelo Dadiboy Zvane klubun baş məşqiçi Abraam Haşmanyandan ölkənin Futbol Federasiyasına şikayət edib.

“Report”un Rusiya mətbuatına istinadən xəbərinə görə, Cənubi Afrikalı yarımmüdafiəçi məşqçini onu döyməkdə ittiham edib. Şikayətində futbolçu bildirib ki, onunla Haşmanyan arasında mübarizə rasizm zəminində baş verib, bundan sonra isə baş məşqçi futbolçunu vurub.

Ermənistan Futbol Federasiyasından bildirilib ki, hazırda faktın araşdırılması üzrə müvafiq işlər aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm