İdman
Maqnus Karlsen: Teymur Rəcəbov çox yaxşı mübarizə apardı
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen "ShamkirChess2019" turnirinin I turunda Azərbaycan təmsilçisi Teymur Rəcəbovla heç-heçənin ədalətli nəticə olduğunu deyib.
Publika.az "ShamkirChess 2019" superturnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli şahmatçı ilk turu belə şərh edib:
"Qara fiqurlarla oynadığım partiyada rəqib səhv etmədi. Ciddi üstünlük olmadığı üçün risk etmək yersiz idi. Teymur çox yaxşı mübarizə apardı. Fikrimcə ilk turlarda heç-heçələrin qeydə alınması normaldır. Adətən superturnirlərdə qələbələr az, amma həlledici olur. Bu dəfə də Şəmkirə uğur qazanmaq üçün gəlmişəm. Ümid edirəm qarşıdakı oyunlar istədiyim kimi olacaq".
Maqnus Karlsen onun üçün hansı rənglə mübarizə aparmağın o qədər vacib olmadığını deyib: "Püşkdən sonra 5 partiyada qara fuqurlarla mübarizə aparacağım dəqiqləşdi. Əslində belə güclü yarışda 5 dəfə qaralarla oynamaq asan olmayacaq. Amma bu məni ciddi qayğılandırmır. Rəqibləri düşünürəm. Əsas rəqibin oyunu, ona hazırlaşmağımdır. Məhz bu səbəbdən turnirlərdə iştirakçıların sayının cüt və ya tək olması önəmli deyil".
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi