• USD 1,7000 0,00% EUR 2,0259 -0,65%
    • GBP 2,3667 -0,52% RUB 0,0235 0,00%

“Qarabağ”dan 6 qollu qələbə - VİDEO

  • İdman
  • 1 Aprel 2019 22:27
  • 722 Baxış
“Qarabağ”dan 6 qollu qələbə - VİDEO

Aprelin 1-də futbol üzrə Topaz Premyer Liqasının 22-ci turuna yekun vurulub.

Publika.az xəbər verir ki, turun son görüşü “Kapital Bank Arena” stadionunda baş tutub. Çempion “Qarabağ” səfərdə “Sumqayıt” komandasının qonağı olub.

Görüş “Qarabağ”ın böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.

Ağdamlıların heyətində Dani Kintana (17), Mahir Mədətov (20, 40), Filip Ozoviç (51) və Abdulla Zubir (78, 84) fərqləniblər.

Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində xalların sayını 48-ə çatdıraraq turnir cədvəlində “Neftçi” ilə birinci və ikinci yerləri bölüşürlər, “Sumqayıt” isə 17 xalla sonuncu - 7-ci yerdə qərarlaşıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR