Avrokuboklarda ölkəmizi təmsil edəcək ilk komanda bilindi
Bizi izləyin

İdman

Avrokuboklarda ölkəmizi təmsil edəcək ilk komanda bilindi

Yeni mövsümdən ölkəmizi avrokuboklarda təmsil edəcək ilk komandanın adı bəllidir.

Publika.az xəbər verir ki, bu, "Qarabağ"dır.

Ağdam klubu Topaz Premyer Liqanın 22-ci turunda səfərdə "Sumqayıt"ı məğlub etməklə (6:0) 4-cü pillədə qərarlaşan "Qəbələ" ilə xal fərqini 18-ə çatdırıb.

Bu isə o deməkdir ki, 48 xala malik və şəxsi oyunlarda "Qəbələ"dən üstün olan Qurban Qurbanovun komandası sona 6 tur qalmış nəticələrdən asılı olmayaraq, ən azı 3-cü yeri özü üçün təmin edib və avrokuboklarda iştirak hüququ qazanıb.

"Qarabağ"la eyni xalı olan və turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Neftçi" isə hələlik gözləməlidir. Çünki Roberto Bordinin komandası şəxsi oyunlara görə "qırmızı-qaralar"a uduzur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm