"Neftçi"-"Zirə" matçında 6 qol - VİDEO
Bizi izləyin

İdman

"Neftçi"-"Zirə" matçında 6 qol - VİDEO

Aprelin 6-da futbol üzrə Topaz Premyer Liqasının XXIII turunun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, çempionluğa iddialı olan "Neftçi" "Zirə"ni qəbul edib.

Görüş flaqmanın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Roberto Bordinın yetirmələrinin heyətində Baqali Dabo (40, 88) Anton Krivatsyuk (44) və Namiq Ələsgərov (68), “Zirə” klubunun heyətində isə Mfo Kqasvani (80, 90) fərqləniblər. Bu qələbə sayəsində “Neftçi” bir oyun az keçirən “Qarabağ”dan 3 xal irəlidədir - 51 xal. “Zirə” isə 22 xalla 6-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, tura “Sumqayıt” “Keşlə” oyunu ilə start verilib. Görüş “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm