• USD 1,7000 0,00% EUR 1,8782 -0,34%
    • GBP 2,2307 -0,05% RUB 0,0275 0,00%
election

Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazandı

Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazandı

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kindzerska finalda braziliyalı rəqibi Beatris Souzanı məğlub edib.

Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.

Bu nəticə ilə Azərbaycan yığması yalnız Gürcüstandan geri qalaraq, 75 iştirakçı ölkə arasında 2-ci yeri tutub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR