Daha bir güləşçimiz Avropa çempionu oldu
Bizi izləyin

İdman

Daha bir güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.

Publika.az xəbər verir ki, çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan başlayıb.

Ş.Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da öz gücünü göstərən təmsilçimiz ardıcıl ikinci, ümumilikdə üçüncü dəfə qitə birinciliyinin finalına yüksəlib. Həlledici görüşdə polşalı rəqibini məğlub edən Ş.Şərifov üçüncü dəfə Avropa çempionu olub.

Bir gün əvvəl Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm