UEFA-dan inqilabi ADDIMLAR: ÇL dəyişir, AL çətinləşir, 3-cü turnir yaranır
Bizi izləyin

İdman

UEFA-dan inqilabi ADDIMLAR: ÇL dəyişir, AL çətinləşir, 3-cü turnir yaranır

Avropanın ən prestijli futbol turniri olan Çempionlar Liqasının formatında inqilabi dəyişikliklər olacaq.

Publika.az xəbər verir ki, Fransanın “L'Equipe” nəşri dəyişikliklərin detallarını dərc edib.

İlk olaraq, nəhənglər liqasında matç sayı 224-ə çıxarılacaq. Avropa liqasına qatılmaq şansı isə 48 deyil, 32 komandaya veriləcək. Məqsəd isə Avropa Liqasının keyfiyyətini artırmaqdır.

Hazırda ÇL-də komandalar 8 qrupda 4-lü şəkildə müabrizə aparır. Qrupun ilk iki uğurlu komandası növbəti mərhələyə adlayır. Yeni formatda isə qrup sayı 4 olacaq. Qruplardakı komandaların sayı 8-ə qaldırılacaq. Qrup mübarizəsini ən yaxşı nəticə ilə başa vuran ilk 4 komanda növbəti mərhələyə keçəcək. 5-ci yerdə qərarlaşanlar isə növbəti mövsümdə Çempionlar Liqasına qatılmaq şansı əldə edəcək. 6 və 7-ci sırada qərarlaşanlar isə yoluna Avropa Liqasında davam edəcək.

UEFA-nın bu dəyişikliklərə getməkdə məqsədi turnirdəki rəqabət səviyyəsini artırmaqdır. Dəyişikliklərin 2024-cü ildə qüvvəyə minməsi gözlənilir.

Bundan başqa, “Avropa Liqası 2” adı altında yeni bir turnirin təşkil olunması da gündəmdədir. Çempionlar və Avropa Liqasında iştirak üçün vəsiqə almaqda çətinlik çəkən komandalar bu turnirdə qüvvələrini sınayacaq. Bu turnirin qalibi növbəti mərhələdə Avropa Liqasında iştirak etmək hüququ əldə edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm