"Səbail"li Maykl Essyen ölkəsinə geri qayıdacaq
Bizi izləyin

İdman

"Səbail"li Maykl Essyen ölkəsinə geri qayıdacaq

Surpriz şəkildə "Səbail"ə transfer olan məşhur futbolçu Maykl Essyen mövsümün sonunda ölkəsinə qayıdacaq.

Publika.az xəbər verir ki, Qana millisinin sabiq üzvü Afrika yığmasına dəvət alıb.

37 yaşlı yarımmüdafiəçi Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmada iştirak edəcək. Görüş mayın 18-də keçiriləcək.

Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto kimi ulduz futbolçular da çıxış edəcək. Onların rəqibi isə Nigeriya millisinin sabiq futbolçuları olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm