UNEC Super Liqaya vəsiqə qazandı
Bizi izləyin

İdman

UNEC Super Liqaya vəsiqə qazandı

Aprelin 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birici Liqa Yarışlarına yekun vurulub.

Publika.az xəbər verir ki, final mərhələsində əvvəlcə üçüncü yer uğrunda görüşdə “Xətai” və “Gəncə” komandaları üz-üzə gəliblər.

Rəqibini 3:1 hesabı ilə məğlub edən “Xətai” komandası yarışın bürünc medalına sahib olub.

Final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda UNEC 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi adını qazanıb. Həmçinin universitet təmsilçisi Azərbaycan Super Liqasına vəsiqə əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm