Azərbaycan güləşçiləri Türkiyədə 11 medal qazandılar
Bizi izləyin

İdman

Azərbaycan güləşçiləri Türkiyədə 11 medal qazandılar

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən "Victory Cup" turnirinə yekun vurulub.

Publika.az "Report"a istinadən xəbər verir ki, son yarış günündə 6 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşçilərin mübarizəsində Fərhad Kərimli (60 kq) çempion olub, Mamed Əhmədov (60 kq) və Kənan Heybətov (51 kq) isə üçüncü yeri tutub. Qızların turnirində Elnurə Məmmədova (53 kq) və Mərziyə Sadıqova (61 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşçilərinin yarışında isə Elmir Əliyev (51 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

Beləliklə, ümumilikdə bu yarışda 11 medal - 2 "qızıl", 5 "gümüş" və 4 "bürünc" qazanılıb.

Beynəlxalq dərəcəli hakim Zaur Şərifov "Victory Cup"da hakimlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm