İdman
Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda... - UEFA-dan DƏSTƏK
"Arsenal" Avropa Liqasında finala vəsiqə qazansa, UEFA London klubunun erməni futbolçusu Henrik Mxitaryanın Bakıya səfəri üçün viza alınmasında İngiltərə təmsilçisinə tam dəstək verəcək.
Publika.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. İddiaya görə, qitə futbol qurumunun rəsmiləri 30 yaşlı yarımmüdafiəçinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşma üçün Azərbaycana gəlməsində hər hansı problem olmayacağını düşünürlər. UEFA-nın bunun həlli üçün bütün səylərini səfərbər edəcəyi bildirilir.
Avroliqanın 1/4 final mərhələsinin ilk oyununda Londonda "Napoli"ni 2:0 hesabı ilə məğlub edən "Arsenal" bu gün səfərdə cavab matçına çıxacaq. "Topçular" mərhələni keçsələr, yarımfinalda "Vilyarreal" - "Valensiya" cütünün qalibi ilə qarşılaşacaqlar.
Xatırladaq ki, Mxitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY