Premyer Liqada XV tura start verildi
Bizi izləyin

İdman

Premyer Liqada XV tura start verildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

Publika.az xəbər verir ki, açılış matçı Sumqayıtda şəhərin eyniadlı komandası ilə "Səbail" arasında keçirilib.

Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesab 13-cü dəqiqədə açılıb. "Sumqayıt"ın hücumçusu Peyman Babayi uzaq məsafədən baxımlı qola imza atıb. 52-ci dəqiqədə "Səbail" tarazlığı bərpa edib. Ağabala Ramazanov bərabərlik qolunu vurub. Qoldan 6 dəqiqə sonra qonaqların heyətində Tome Kitanovski hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 74-cü dəqiqədə isə Oke Akpoveta əks-hücumu qolla tamamlayıb. Beləliklə, xallarını 38-ə çatdıran "Səbail" 3-cü pillədə möhkəmlənib. "Sumqayıt" isə 20 xalla 7-ci pillədə qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm