Çempionluqdan uzaq düşən "Traxtur"un SON ŞANSI: Bu gün qalib gəlsə...
Bizi izləyin

İdman

Çempionluqdan uzaq düşən "Traxtur"un SON ŞANSI: Bu gün qalib gəlsə...

Təbrizin şanlı “Traxtur” komandası İran Proliqasının 26-cı həftəsində növbəti sınağına çıxır.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi doğma “Səhənd” meydanında “Peykan”ı qonaq edəcək.

Görüş Bakı vaxtilə saat 16:30-da başlayacaq.

49 xalla turnir cədvəlinin 4-cü pilləsində olan “Traxtur” liderdən 6 xal geridədir. Onun çempionluq şansı qalmasa da, 50 xalla ikinci və üçüncü yerləri bölüşdürən “İstiqlal” və “Sepahan”ı qabaqlamaq şansı var. Bugünkü rəqibi “Peykan” isə 25 xalla 12-ci pillədə qərarlaşıb.

Görüşün Təbriz təmsilçisinin xeyrinə yekunlaşacağı böyük ehtimaldır.

Qeyd edək ki, "Traxtur"un çempionluqdan uzaq düşməsinə səbəb qapıçısı Möhsün Fruzanın oyun satmasıdır. Belə ki, Fruzan "Sepid rud"la oyunda bilərək zəif çıxış edib və "Traxtur"un qapısında 3 qol keçməsinə icazə verib. O, bu yolla mərc oyunlarında 10 milyard tümən pul qazanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm