İranda azərbaycanlılara qarşı ZORAKILIQ: Polis bibər qazı və su şırnağı ilə... - - VİDEO
Bizi izləyin

İdman

İranda azərbaycanlılara qarşı ZORAKILIQ: Polis bibər qazı və su şırnağı ilə... - - VİDEO

İran Proliqasının 26-cı həftəsində keçirilən “Traxtur” – “Peykan” oyunundan sonra hakimin qərəzli qərarları səbəbilə azarkeşlər arasında qarşıdurma yaranıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 60 “Traxtur” azarkeşi xəsarət alıb.

Hakimin Təbriz təmsilçisinin 3 penaltisini hesaba almaması azərbaycanlı azarkeşləri əsəbiləşdirib. Onlar da oyun bitəndən sonra meydançaya eniblər. Polis azarkeşlərin qarşısını almaq üçün güc tətbiq edib. Nəticədə onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, sözügedən oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm