Azərbaycanlı boksçu ermənini məğlub etdi - Titula sahib çıxdı
Bizi izləyin

İdman

Azərbaycanlı boksçu ermənini məğlub etdi - Titula sahib çıxdı

Azərbaycan əsilli boksçu Elnur Səmədov Rusiyada keçirilən WBA Continental titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayk Şaxnazaryanı məğlub edib.

9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.

Elnur Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "WBA Continental" kəmərinə layiq görülüb.

Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.

Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm