Belçikalı futbolçu Maradonaya çatdı
Bizi izləyin

İdman

Belçikalı futbolçu Maradonaya çatdı

İtaliya A seriyasının 34-cü turunda “Napoli” ilə “Frozinone” qarşılaşıb.

Publika.az xəbər verir ki, görüş meydan sahiblərinin belçikalı hücumçusu Dirs Mertens üçün əlamətdar olub.

Belə ki, qarşılaşmada hesabı açan belçikalı oyunçu Neapol klubundakı qollarının sayını 81-ə çatdırıb. Bununla da əfsanəvi Dieqo Maradonaya çatan Mertens klubun ən çox qol vurmuş oyunçuları sıralamasında 3-cü pilləyə qalxıb.

İlk iki pillədə isə Antonio Voyak (102 qol) və Marek Hamşik (100 qol) qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm