Avrokubok oyunları başladı
Bizi izləyin

İdman

Avrokubok oyunları başladı

Publika.az-ın məlumatına görə, Avropa Liqası çərçivəsində yeni mövsümün ilk matçları baş tutub.

Bu gün I təsnifat mərhələsi çərçivəsində 3 matç keçirilib. İrlandiya "Dandalk"ı səfərdə Lüksemburqun "Jeuness" klubunu 2:0, Makedoniya "Şkendiya"sı Moldovanın "Zimbru" komandasını 2:1 hesabı ilə yenib. "Slima" - "Ferençvaroş" matçı 1:1 hesabı ilə başa çatıb. Mövsümün ilk qolu da bu oyunda qeydə alınıb. Belə ki, 39-cu dəqiqədə meydan sahiblərindən Stanley Ohavuçi 2014/15 mövsümünün ilk qoluna imza atıb.

Qeyd ki, I təsnifat mərhələsində Azərbaycan "İnter" və "Qəbələ" təmsil edəcək. "Qəbələ" iyulun 3-də Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubunu qəbul edəcək, "İnter" Moldova "Tiraspol"unun qonağı olacaq. "Neftçi" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və "Çelik" (Çernoqoriya) - "Koper" (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
1 iyul

Jeuness (Lüksemburq) - Dandalk (İrlandiya) 0:2
Qollar:
Riçard Tovell, 59, 71 (pen)

Slima (Malta) - Ferençvaroş (Macarıstan) 1:1
Qollar:
Stanley Ohavuçi, 39, Miçal Nalepa, 76.

Şkendiya (Makedoniya) - Zimbru (Moldova) 2:1
Qollar:
Boyan Vrusina, 45+5, İvan Mitrov, 47, Aleksandru Qrosu, 51-pen.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm