Bakı tarixdə bir ilkə ev sahibliyi edəcək
Bizi izləyin

İdman

Bakı tarixdə bir ilkə ev sahibliyi edəcək

Avrokubok tarixində bir ilk yaşanıb.

Publika.az xəbər verir ki, futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqası və Avropa Liqasında kubok uğrunda eyni ölkənin komandaları yarışacaq.

Belə ki, hər iki turnirin finalçıları İngiltərə təmsilçiləridir. "Tottenhem" və "Liverpul" klubları Çempionlar Liqasında, "Arsenal" və "Çelsi" isə Avropa Liqasında qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı 29 may tarixində Bakı Olimpiya Stadionunda, Çempionlar Liqasının finalı isə 1 iyunda Madridin "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm