İdman
Millimiz turniri 11 medalla başa vurdu - FOTO
Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirini 11 medalla başa vurub.
Publika.az xəbər verir ki, yarışın ikinci günündə Rövşən Səfərov (90 kq) gümüş, Xanım Hüseynova (63 kq) bürünc medala sahib olub.
Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyevin bürünc medal qarşılaşmasında gürcüstanlı Revaz Çikoidzeyə uduzub. Görüş zamanı Zəkiyevin burnu qanayıb. Bunun üçün qarşılaşmada fasilə yaranıb. Lakin Azərbaycan təmsilçisi görüşü davam etdirə bilib. Görüşün sonlarında o, yenə eyni halla üzləşib. Bu dəfə təcrübəli paracüdoçunun burnu sarınıb.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan idmançıları 9 medal qazanıblar. Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Vüqar Şirinli (60 kq) qızıl, Afaq Sultanova (57 kq), Bayram Mustafayev (66 kq), Hüseyn Rəhimli gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal götürüb.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO