Faiq Qarayevi o əvəz edəcək - Milli komandaya yeni baş məşqçi gəldi
Bizi izləyin

İdman

Faiq Qarayevi o əvəz edəcək - Milli komandaya yeni baş məşqçi gəldi

Voleybol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı informasiya yayıb.

Xəbərə görə, milli komandamız italiyalı mütəxəssis Covanni Kapraraya tapşırılıb. 57 yaşlı mütəxəssisin köməkçisi Marsello Çervellin olacaq.

Qeyd edək ki, voleybol üzrə milli komandanın son baş məşqçisi əfsanəvi Faiq Qarayev olub. O, səhhəti ilə əlaqədar olaraq vəzifəsindən istefa verib.

Yeni baş məşqçinin milli komanda ilə bağlı ilk planı 2-4 avqustda Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğur qazanmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm