"Real" mövsümü məğlubiyyətlə başa vurdu - VİDEO
Bizi izləyin

İdman

"Real" mövsümü məğlubiyyətlə başa vurdu - VİDEO

Mayın 19-da İspaniya La Liqasının sonuncu - 38-ci turunun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, La Liqanın favoritlərindən sayılan “Real Madrid” doğma azarkeşlər önündə “Real Betis” klubunu qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sevilyanın təmsilçisi hər iki qolu matçın ikinci dəqiqəsində vurub. Oyunda Loren Moron (61) və Xese (78) fərqləniblər.

Beləliklə, “Real Madrid” çempionatda 68 xal toplayaraq üçüncü, “Real Betis” isə 50 xalla 10-cu yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm