Murad Fətəliyev Avropa Kubokunda qızıl medal qazandı
Bizi izləyin

İdman

Murad Fətəliyev Avropa Kubokunda qızıl medal qazandı

Orenburqda keçirilən Avropa Kubokunda Azərbaycan cüdoçusu qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, qitə turnirində Murad Fətiyev (81 kq) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rusiyalı idmançı Turpal Terkayevi məğlub edən cüdoçumuz Avropa kubokunun qalibi olub.

Azərbaycan əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə qərarlaşıb. Birinci yeri Rusiya (10 qızıl, 8 gümüş, 14 bürünc medal), ikinci yeri Belarus (1 qızıl, 1 gümüş, 1 bürünc medal), üçüncü yeri isə Fransa (1 qızıl, 1 gümüş medal) komandası tutub.

Qeyd edək ki, mayın 18-19-da keçirilən və 24 ölkədən 339 idmançının mübarizə apardığı qitə kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm