Moskvada Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri keçirildi
Bizi izləyin

İdman

Moskvada Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri keçirildi

Rusiya Federasiyasının "Spartak" futbol klubunun meydanında keçirilən Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri başa çatıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən futbol turnirində Rusiyanın aparıcı ali məktəblərini təmsil edən 16 komanda mübarizə aparıb.

Turniri giriş sözü ilə açan Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev iştirakçılara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri barədə məlumat verib. Gənclər birliyinin sədri Leyla Əliyeva adından turnir içtirakçılarını salamlayan E.Hacıyev, bu il turnirin 10 illik yubileyini qeyd etdiklərini nəzərə çatdırıb. Bildirilib ki, RAGB-ın yaranmasında Heydər Əliyev fondunun müstəsna xidmətləri olub və fond Rusiyada azərbaycanlıların cəmiyyətə inteqrasiyasında, Rusiya ictimaiyyətində ziyalı mövqeyi tutmalarında da böyük işlərin görüb.

Çıxış edən Rusiya Dövlət Humanitar-İqtisad Universitetinin rektoru Vaqif Bayramov isə tədbirin əhəmiyyətini qeyd edərək, iştirakçılara uğurlar arzulayıb.

Bütün komandalar layiqli oyun nümayiş etdirib və mükafata layiq yerləri tutmağa çalışıblar. Gərgin keçən qarşılaşmaların final oyununda Rusiya Federasiyasının Maliyyə Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Tibb və Stamatoloji Universitetinin birləşmiş komandası qarşılaşıb.

Heydər Əliyev kuboku uğrunda mini-futbol turnirinin qalibi, kuboku başının üzərinə qaldıran komanda isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Tibb və Stamatoloji Universitetinin birləşmiş komandası olub.

Tədbir qaliblərin mükafatlandırılması ilə davam etdirilib. Turnirin fərqlənən iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Ənənəvi illik turnir Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə 2009-cu ildən təşkil edilir və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm