"Fənərbaxça" Avropa Liqası şansını saxladı - VİDEO
Bizi izləyin

İdman

"Fənərbaxça" Avropa Liqası şansını saxladı - VİDEO

Mayın 20-də futbol üzrə Türkiyə Superliqasının 33-cü turuna yekun vurulub.

Publika.az xəbər verir ki, turun son oyunlarında "Ərzurumspor" və "Ankaragücü" öz meydanlarında müvafiq olaraq "Fənərbaxça" və “Sivasspor”la üz-üzə gəliblər.

"Kazım Qarabəkir" stadionunda keçirilən "Ərzurumspor" – “Fənərbaxça” görüşü gərgin hücumlarla yadda qalsa da, birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissəyə fəal başlayan İstanbul təmsilçisi görüşün 59-cu dəqiqəsində Viktor Mozesin penalti zərbəsindən vurduğu qol sayəsində hesabda önə keçib – 0:1. Oyun elə bu hesabla başa çatıb.

Ankarada keçirilən "Ankaragücü" - "Sivasspor" matçında isə meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, “Qalatasaray” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. "Fənərbaxça" isə 43 xalla 8-ci pillədə qərarlaşıb. Beləliklə, "Fənərbaxça" son tur öncəsi Avropa Liqasına vəsiqə üçün şansını saxlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm