"Qalatsaray" ilk transferini gerçəkləşdirdi: "Beşiktaş"ın...
Bizi izləyin

İdman

"Qalatsaray" ilk transferini gerçəkləşdirdi: "Beşiktaş"ın...

Türkiyənin son çempionu “Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirib.

Publika.az xəbər verir ki, “sarı-qırmızılılar” hollandiyalı futbolçu Rayn Babeli heyətinə qatıb.

Sərbəst agent olan 32 yaşlı futbolçu ilə hər mövzuda razılıq əldə olunub. Babel gələn mövsümdən etibarən “Qalatasaray”ın forması geyinəcək.

Qeyd edək ki, Rayn Babel 2013-2014 və 2014-2015 mövsümlərində Türkiyənin “Kasımpaşa”, 2016-2017 mövsümündə isə “Beşiktaş” komandasında forma geyinib. 2018-2019 mövsümünün ortasında isə “Fulham”a transfer olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm