Azərbaycanın belə gözəl olduğunu bilmirdim - "Çelsi" azarkeşi
Bizi izləyin

İdman

Azərbaycanın belə gözəl olduğunu bilmirdim - "Çelsi" azarkeşi

Bakı çox gözəl şəhərdir. Etiraf etməliyəm ki, Azərbaycanın belə gözəl ölkə olduğunu bilmirdim.

Publika.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunmuş azarkeş festivalında iştirak edən ingiltərəli turist, “Çelsi” klubunun azarkeşi Kris Braun Azərtac-a müsahibəsində deyib.

UEFA Avropa Liqasının final görüşü ilə bağlı fikirlərini bölüşən Kris Braun bildirib: “Uşaqlıqdan “Çelsi” klubuna azarkeşlik edirəm. Final matçında “Çelsi”nin şanslarını daha yüksək qiymətləndirirəm. Hesab edirəm ki, “Çelsi” bu titula daha layiqdir. Mayın 29-da bizi möhtəşəm qarşılaşma gözləyir. Final oyunundan əvvəl Bakı haqqında səslənən fikirlərlə əlaqədar ingiltərəli futbolsevərlərə demək istəyirəm ki, belə düşünməmişdən qabaq gəlib bu gözəl ölkəni görməlidirlər. Əgər onlar Azərbaycanı görsələr, bu ölkəni çox bəyənəcəklərinə əminəm”.

Xatırladaq ki, mayın 25-də start götürən azarkeşlər festivalı ayın 29-dək davam edəcək.

UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcəklər. Oyun saat 23:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm