UEFA prezidenti: Hər şey yaxşı səviyyədə təşkil edilib
Bizi izləyin

İdman

UEFA prezidenti: Hər şey yaxşı səviyyədə təşkil edilib

Bakı UEFA Avropa Liqasının final oyununa tam hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib. Bakı yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirir.

Publika.az xəbər verir ki, bu sözləri UEFA-nın İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçirilən iclasından sonra mətbuat konfransında qurumun prezidenti Aleksandr Çeferin deyib.

UEFA prezidenti bildirib ki, futbol üçün məsafə olmamalıdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Məsafə haqqında danışsaq, Bakıdan Londona və Dublinə də uzaqdır. Mən belə şeylərə qarşıyam.

“Ermənistan mətbuatının “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməməsi ilə bağlı yazıları məni maraqlandırmır. Bu məsələni şərh etmək istəmirəm. Azərbaycan hökuməti bütün təminatları verdi. Bu, Mxitaryanın şəxsi qərarı idi”, - deyə A.Çeferin bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm