Britaniyalı azarkeşlər Bakı qonaqpərvərliyindən məmnun qalıb
Bizi izləyin

İdman

Britaniyalı azarkeşlər Bakı qonaqpərvərliyindən məmnun qalıb

Bakıda azarkeşlər “Çelsi”nin Avropa Liqasında qələbəsini səhərə qədər qeyd edib. Finaldan sonra heç bir qayda pozuntusu qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə “MİR 24” telekanalının reportajında deyilir.

Reportajda qeyd olunub ki, “Çelsi” azarkeşləri sevimli komandalarının qələbəsindən əmin olduqları üçün bayram geyimlərini əvvəlcədən hazırlamışdı.

Azarkeşlər bu oyun üçün bu qədər məsafə qət eməklərindən heyfsilənmədiklərini deyiblər:

“Mən arzuma çatdım, “Çelsi”nin qələbəsini gördüm. Əla oyun oldu”.

Reportajda o da bildirilib ki, Londondan Bakıya birbaşa aviareyslərin olmamasına baxmayaraq, matçı izləməyə minlərlə britaniyalı azarkeş gəlib və mühitdən məmnun qalıblar:

“Mən artıq üç gündür ki, buradayam və qonaqpərvərlikdən böyük zövq alıram. Mən özüm aşpazam, yerli mətbəx isə sadəcə möhtəşəmdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm