İdman
Monteneqroda Azərbaycanla bağlı tədbir təşkil edildi - FOTO
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi tərəfindən Monteneqronun tarixi paytaxtı Çetinye şəhərindəki “Nyeqoş” xalq kitabxanasında Azərbaycana həsr olunmuş geniş mədəni tədbir və şahmat turniri təşkil edilib.
Publika.az xəbər verir ki, şahmat turnirini Yuqoslaviyanın və Monteneqronun əfsanəvi şahmatçısı, qrossmeyster Bojidar İvanoviç açaraq, Azərbaycanın güclü şahmat məktəbi və ənənələri haqqında geniş məlumat verib.
B.İvanoviç Monteneqroda şahmatın təşviq edilməsində töhfələrinə görə Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinə təşəkkürünü bildirib. Turnir 15 yaşına qədər uşaqlar arasında keçirilib və sonda qaliblər mükafatlandırılıb.
Azərbaycan-Monteneqro Mədəni və iqtisadi mərkəzinin və “Nyeqoş” xalq kitabxanasının şurasının üzvü, publisist Bojidar Proroçiç dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin həyat və fəaliyyətindən, dünya elminə verdiyi töhfələrdən bəhs edən məruzə ilə çıxış edib.
Daha sonra “Nyeqoş” və “Lovçen Partizanları” orta məktəblərinin şagirdləri Monteneqro dilində Abdulla Şaiq, Səməd Vurğun, Əzizə Əhmədova, Mirvarid Dilbazi, Mirzə Ələkbər Sabir, İlyas Tapdıq, Ələmdar Quluzadə, Məmməd Araz, Fikrət Qocan və Nəbi Xəzrinin şerlərini söyləyiblər.
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə mədəniyyət proqramının və şahmat turnirinin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi və nailiyyətləri, müasir Azərbaycanın inkişafı və uğurları, həmçinin Azərbaycan-Monteneqro əlaqələri haqqında geniş məlumat verib.
Sonda Azərbaycan-Monteneqro əlaqələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir böyük marağa səbəb olub və yerli KİV-lərdə geniş işıqlandırılıb.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye