Final matçında ŞOK MƏNZƏRƏ - Bakının kölgəsində qalan Madrid - VİDEO
Bizi izləyin

İdman

Final matçında ŞOK MƏNZƏRƏ - Bakının kölgəsində qalan Madrid - VİDEO

Hazırda İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda İngiltərənin "Tottenhem” və "Liverpul" klubları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib.

Publika.az xəbər verir ki, oyun əsnasında çılpaq xanım azarkeş təhlükəsizlik qüvvələrinin gözündən yayınaraq yaşıl meydanın mərkəzinə qədər gəlib. Təhlükəsizliyin yetəri səviyyədə təşkil olunmaması nəticəsində baş verən olaya görə matç bir neçə dəqiqə dayanmalı olub. Belə olaylar UEFA-nın qəti şəkildə xoşlamadığı hallardandır. Təhlükəsizlik tədbirlərindəki bu boşluq əcnəbi şərhçilər tərəfindən də kəskin tənqid edilib.

Halbuki bir neçə gün öncə keçirilən Avropa Liqasının Bakı finalında Azərbaycan təhlükəsizlik tədbirlərinin nümunəsini dünyaya göstərdi. Məhz düzgün təşkilatçılığın nəticəsi olaraq Bakıda futbol matçına kölgə salacaq bu kimi hallar yaşanmadı.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm